Kateqoriyalar: Region

Qarlı hava şəraiti dağlıq ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaradıb

Qarlı hava şəraiti bəzi yollarda, xüsusi ilə yüksək dağlıq ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli APA-ya bildirib ki, hazırda yollarda ciddi problemlər müşahidə edilmir.  Bununla belə, A.Nəcəfli qeyd edib ki, buz bağlayan yollarda duz-qum qarışığı səpilir, qarın təmizlənməsi istiqamətində işlər görülür.  

“Ümumiyyətlə dağlıq ərazilərdə yerləşən avtomobil yollarının əksəriyyətində qar yağır. Yollarda nəqliyyatın hərəkətində müəyyən çətinliklər var. Amma bütövlükdə yollar tam açıqdır. Mən hazırda Bakı-Şamaxı yolundayam. Bu yolda bəzi ərazilərdə külək əsir, yolda qar örtüyünün əmələ gəlməsinə səbəb olur. Bu yol boyu texnikalarımız işləyir. Adıçəkilən yolda heç bir problem yoxdur. Qısamüddətli müəyyən problemlər ola bilər. Sadəcə olaraq bəzi sürücülərin qarlı hava şəraitinə hazır olmaması müəyyən problemlərin yaranmasına səbəb olur. Belə ki, qış mövsümünə hazırlıqlı olmayan sürücülər var ki, qarlı havada yola çıxıblar, qəza durma işığını yandıraraq çox aşağı sürətlər hərəkət edirlər. Çünki, avtomobil şinlərinin protektoru yeyilmiş haldadır, başqa sözlə, avtomobil qış şinləri ilə təchiz edilməyib Hazırlıqlı sürücülər isə yollarda heç bir problemlə üzləşməyib”, – deyə A.Nəcəfli vurğulayıb.

Agentlik rəsmisi əlavə edib ki, yolların buz bağlama ehtimalı olduğuna görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: “Yüksək dağlıq ərazilərinin hamsında qar yağdığına görə müəyyən problemlər var. Temperatur mənfiyə düşdüyünə görə külək tutan, enişli-yoxuşlu yolların, körpülərin buz bağlama ehtimalı çoxdur. Düzdür, hazırda ciddi problem yoxudr. Amma gecə və səhərə doğru yollar buz bağlaya bilər. Bizim əməkdaşlar gecə saatlarınadək yollarda işləyəcək. Nəqliyyatın hərəkətində çətinliyin olmaması üçün səhər saatlarından etibarən Agentliyin əməkdaşları yolların qardan təmizlənməsi işinə başlayacaq”.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024