Kateqoriyalar: BaşÖlkəSosial

Bu axşam Fitr bayramıdır, zəkat necə çıxarılmalıdır?

İslam dinində müqəddəs günlərdən, bayramlardan biri də Fitr bayramıdır. Fitr bayramı mübarək Ramazan ayının bitməsini bildirən bayramdır.

Aranxeber xəbər verir ki, İlahiyyatçı Hacı Fəxri Sadıqovun sözlərinə görə, Fitrə zəkatı Ramazan bayramının axşamı günəşin batdığı vaxt ailə başçısının öhdəsində olanların adından çıxardığı bir zəkatdır: “Fitr sözünün ərəb dilində mənası “Yaradılış” yəni Yaradılışa qayıdış anlamına gəlir. Çünki Mübarək Ramazan ayı boyunca oruclu müsəlman yemir, içmir və hökmlərə riayət etməklə sanki mələk timsalına bənzəyir.

Bayramın bitməsi ilə yenidən insan fitrətinin bioloji qanunları olan gündəlik normal qidalanma halına qayıdır. Bu bayramın axşamı və günü bir neçə göstərişlər vardır ki, onları qeyd etməyi özümüzə borc bilirik. Hər bir müsəlmanın, istər ibadət əhli olsun, istərsə də ibadət əhli olmasın, fitrə zəkatını verməsi vacibdir”.

F.Sadiqov vurğulayıb ki, Fitrə zəkatını imkansız və ailəsinin dolanışğını çətin əldə edən şəxsə vermək lazımdır: “Bu şəriət göstərişi insanın il boyu istifadə etdiyi arpa, buğda, xurma, kişmiş, düyü və qarğıdalı məhsulunun hər adam başına 3 kq ölçüsü ilə çıxarılır. Fitrə zəkatını müsəlmanın növbəti Ramazana kimi canının təminatı kimi də başa düşmək olar. Qeyd olunan vaxtda onun evinə gələn qonağın da fitrə zəkatını verməsi ev sahibinin öhdəsində olur. Aşkarda günah edən şəxsə (şərab içən, qumar və bu kimi haram yollara aludə olanlara) fitrə vermək olmaz. Əgər belə bir şəxsə fitrə verilsə, o fitrəni yenidən çıxardıb əsl sahibinə (fəqirə) vermək lazımdır”.

Hacı Fəxri Sadıqov

İlahiyyatçının sözlərinə görə, illik xərclərə sahib olmayan və ailəsinin xərclərini təmin edəcək qazancı olmayan bir şəxs fəqirdir və həmin şəxsin fitrə zəkatını verməsi vacib deyil: “Fitr bayramı günündə bayram namazı qılınır. Fitr bayramının namazı camaatla məsciddə qılmaq bəyənilmiş hesab edilir. Bayram namazının vaxtı da gün çıxandan günortaya kimidir. Bayram günü müsəlman ətirlənib təzə paltarını geyib uca Allahı həmd-səna edə-edə bayram namazına getməsi bəyənilmiş hesab edilir. Mübarək Ramazan bayramı günündə valideynləri, kimsəsizləri axtarmaq, dünyasını dəyişənləri və şəhidləri yad etmək də savab əməllərdən hesab edilir. Qısası, o günü Allahın buyurduğu hər hansı gözəl əməlləri icra etmək insana savab gətirər. İnşallah Mübarək Ramazan Bayramı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvayə əsasən, mayın 24-də qeyd ediləcək”.

Qeyd edək ki, Azərbaycan məscidlərində koronavirus pandemiyası səbəbindən bayram namazı qılınmayacaq/report.az. 

Etiketlər: bayramFitr Bayramı
AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024