Kateqoriyalar: BaşHadisəÖlkə

Dövlət Sərhəd Xidmətinin daha bir polkovniki həbs edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) daha bir yüksək rütbəli zabiti barəsində cinayət işi başlanıb.

Aranxeber xəbər verir ki, Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən polkovnik Abdullayev Arif Cəfər oğlu barəsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, may ayının 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. May ayının 15-də isə Dövlət Sərhəd Xidmətinin bir qrup yüksək rütbəli zabiti Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib. Bunlar DSX-nın rəisi Elçin Quliyevin müavini, general Əfqan Vəli oğlu Nağıyev, zabitlər Vəliyev Elçin Vaqif oğlu, Əzizov Samiq Yusif oğlu, Namazov Müzəffər Qafil oğlu, Pənahov Nemət Hacı oğlu, Muradov Sakit Yusif oğlu və Quliyev Xalis Xudamurad oğludur.(Yeni Sabah)

Etiketlər: DSXzabit
AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024