Kateqoriyalar: İdmanÖlkə

Azərbaycan qalibinin Çempionlar Liqasında 18 potensial rəqibi məlum olub

Çempionlar Liqasının 2020/21 mövsümündə iştirak edəcək komandaların sayı 26-ya çatıb.

Aranxeber xəbər verir ki, koronavirus pandemiyası üzündən dayandırılan və bərpa olunmadan başa çatan Uels çempionatının qalibi “Konnak” da bu siyahıya daxil olub.

Britaniyalılar I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu raundda qüvvəsini sınayacaq klubların sayı 18-ə çatıb.

Həmin komandalar I təsnifat mərhələsindən yarışa başlayacaq Azərbaycan çempionunun potensial rəqibləridir. Koronavirusa görə dayanan və taleyi hələ də qeyri-müəyyən olan Azərbaycan Premyer Liqasının qalibi bu mümkün rəqiblərdən biri ilə görüşəcək.

Qitənin ən nüfuzlu klub turnirində iştirakı dəqiqləşən digər 8 komandadan dördü qrup, biri IV, ikisi III, biri II raundda mübarizəyə qoşulacaq.

Çempionlar Liqası  2020/21 mövsümü
Qrup mərhələsi

“Liverpul” (İngiltərə)
PSJ (Fransa)
“Marsel” (Fransa)
“Brügge” (Belçika)
IV təsnifat mərhələsi
“Ayaks” (Niderland)
III təsnifat mərhələsi
“Renn” (Fransa)
“Gent” (Belçika)
II təsnifat mərhələsi
“Alkmaar” (Niderland)
I təsnifat mərhələsi
“Omoniya” (Kipr)
“Seltik” (Şotlandiya)
“Dinamo” (Brest, Belarus)
“Yurqorden” (İsveç)
“Molde” (Norveç)
“Astana” (Qazaxıstan)
“Şerif” (Moldova)
“Dandolk” (İrlandiya)
“KuPS” (Finlandiya)
“Reykyavik” (İslandiya)
“Suduva” (Litva)
“Riqa” (Latviya)
“Fola” (Lüksemburq)
“Flora” (Estoniya)
“Dinamo” (Tiflis, Gürcüstan)
“Konnak” (Uels)
“Europa” (Cəbəllütariq)
“Klaskvik” (Farer adaları)/apasport

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024