Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum edilmiş Adəm Zeynalov öz qardaşına 10 manat müqabilində heroin satarkən saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 1 büküm heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə A. Zeynalovun yaşadığı ünvana baxış keçirilən zaman oradan polietilen torbada təmiz çəkisi 3 kiloqram 570 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirilir/APA.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…