“Əminəm ki, hörmətli media nümayəndələri və sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımız mənim bu müraciətimi anlayışla qarşılayacaqlar”.
Aranxeber xəbər verir ki, bu sözləri DİN mtəbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. Onun sözlərinə görə, daxili işlər orqanları əməkdaşlarının çəkilən görüntüləri nazirliyin mətbuat xidməti ilə dəqiqləşdirilməlidir:
“Kütləvi informasiya vasitələrinin nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, daxili işlər orqanları əməkdaşlarının, o cümlədən Daxili Qoşunların hərbi qulluqçularının xidməti fəaliyyətinə dair qeyri-rəsmi mənbələrdən əldə etdikləri məlumatları, anonim çəkilmiş foto-video görüntüləri Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə dəqiqləşdirsinlər. Hesab edirəm ki, razılaşdırılmış, rəsmi münasibət bildirilmiş məlumatların, foto-videoların çapı KİV ilə DİN-in mətbuat xidməti arasında olan işgüzar əlaqələrin inkişafı, eləcə də ictimaiyyət üçün daha faydalı ola bilər. Əminəm ki, hörmətli media nümayəndələri və sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımız mənim bu müraciətimi anlayışla qarşılayacaqlar”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…