Kateqoriyalar: RegionSalyan

Salyan DYP-yə yeni rəis təyin edilib

Salyan Dövlət Yol Polisinə yeni rəis təyinatı olub.

Aranxeber APA-ya istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə baş-leytenant Tural Namazov Salyan rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyinin daxili tədqiqat yoxlaması nəticəsində Salyan DYP-nin rəisi Orxan Qəribov, rəis müavini Əsəd Əsədov, inspektor Raqib Dəmirov, İstintaq bölməsinin rəisi Kərim Xələfov, Əməliyyatçı İntiqam Dəmirov və daha 2 nəfər tutduqları vəzifələrdən azad edilərək sərəncama göndəriliblər.

Bundan başqa Salyan Rayon Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini İlqar Şabanov da tutduğu vəzifədən azad olunaraq Xaçmaz rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinə rəis təyin edilib.  

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024