Məsələyə ilə bağlı bu gün Aranxeber-ə açıqlama verən 16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin rəisi Kazım Məmmədov bildirib ki, sözügedən yolun yüksək səviyyədə təmiri nəzərdə tutulub. Amma bu işə yaxın vaxtda başlamaq mümkün deyil:
“Kür-Araz ovalığında baş verən sel və daşqınlardan sonra İmişli-Mirili yerli əhəmiyyətli avtomobil yolu bəbad hala düşmüşdü. Azərbaycan prezidentinin sərəncamı əsasında həmin yol əsaslı şəkildə yenidən quruldu. Əsas yol çəkilərkən yerli icra hakimiyyətinin hesabına kənddaxili mərkəzi yol da çəkildi. Bundan sonrakı vaxtlarda həmin yollarda cari təmir işləri aparılıb. Amma dağılan yol hissələrini artıq təmir etmək mümkün deyil. Yolun yenidən qurulmağı ilə bağlı layihə hazırlanıb və bu işə 2021-ci ildə başlamaq nəzərdə tutulub. Bundan ötrü sərəncam verilməli, vəsait ayrılmalıdır.”
Xatırladırıq ki, dünən İmişli rayon Mirili kənd sakinləri kəndarası yolların yararsızlığı barədə Aranxeber-ə müraciət etmişdilər.
Daha ətraflı məlumat üçün aşağıdakı linkə baxa bilərsiniz
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…