Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq, təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub.
Aranxeber xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu səbəbdən 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan proqramlara əsasən, tədris olunmayan mövzular buraxılış imtahanlarına salınmayacaq.
Aşağıdakı keçidlərdə 2020-ci ilin yanvar ayında “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilmiş ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları qısaldılmış formada təqdim edilir. Təqdim olunan proqramların qısaldılmış variantında bölmə başlıqları nömrələnib və fənn üzrə proqramın sonunda çıxarılan mövzular qeyd olunub.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə:
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə:
“Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları”nın tam mətni ilə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında tanış ola bilərsiniz. Jurnalların elektron versiyasını (pdf formatda) “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün imtahan proqramlarından çıxarılan mövzular da yaxın günlərdə sayta yerləşdiriləcək.
Doqquzuncu sinif ingilis dili, alman dili, fransız dili və ərəb dili fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.
11-ci sinif ingilis dili, alman dili və rus dili fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi də orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…