Dələduzlar insanları aldatmaq üçün yeni bir üsula əl atıblar. Bəzi dələduzlar başqasının avtomobilini öz avtomobili kimi təqdim edərək ucuz qiymətə satışa çıxarırlar.
“Xəzər” TV bu barədə reportaj hazırlayıb.
Reportajda bildirilir ki, avtomobilə baxmaq üçün isə öncədən alıcılardan beh adı ilə pul alırlar. Pulu aldıqdan sonra isə yoxa çıxırlar. Son günlər bu dələduzların sayı o qədər artıb ki, elan saytlarında demək olar ki, iki maşını kəskin qiymət fərqi ilə tapmaq mümkündür.
Eyni avtomobilin bir elanda qiyməti 14 900, digərində isə cəmi 3 500 manatdır.
Başqa bir elanda 2009-cu ilin avtomobili 1 500 manata satılır. Halbuki avtomobilin faktiki bazar qiyməti bundan bir neçə dəfə bahadır.
Son zamanlar bəzi dələduzlar başqalarının avtomobillərinin şəkillərini paylaşmaqla pul qazanırlar.
Adətən bu elanlardakı maşınlar bazar qiymətindən qat-qat ucuz olur və təcili satıldığı qeyd edilir. Elanı görənlər isə ucuz avtomobil üçün zəng etdikdə avtomobilin “sahibi” onlardan beh istəyir. Pulu aldıqdan sonra isə yoxa çıxırlar.
Belə hadisələrdən biri də Fərid Piriyevin başına gəlib. O deyir ki, tanımadığı adam ona zəng edərək avtomobilinin elan saytlarının birində 10 800 manata satışa qoyulduğunu deyib.
Fərid Piriyev deyir ki, bir müddət müxtəlif elan saytlarında avtomobilinin ucuz qiymətə satışa qoyulduğunu görüb. Sonradan öyrənə bilib ki, əslində bir qrup şəxs onun kimi bir neçə adamın maşınlarının şəkillərini paylaşaraq insanlardan beh alır.
Artıq şikayətçilərin bəziləri məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət ediblər.
Mütəxəssislər isə deyirlər ki, avtomobilin, dəyərindən qat-qat ucuz təklif edilməsi əslində alıcıda dələduzluq faktına dair şübhələr yaratmalıdır. Bu hallarla qarşılaşanlar diqqətli olmalıdırlar.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…