Kateqoriyalar: Maraqlı

Emin Ağalarov boşanır – FOTO

Azərbaycanın Xalq artisti Emin Ağalarov ikinci həyat yoldaşı, rusiyalı model Alyona Qavrilovadan ayrılıb.

Aranxeber xəbər verir ki, bu barədə 42 yaşlı ifaçı sosial media hesabında toy fotosunu paylaşaraq məlumat verib. Sənətçi həyat yoldaşına qarşı olan hisslərini bu sözlərlə ifadə edib:

“Bu, həqiqətən də bizim ən xoşbəxt günümüz idi. Təəssüf ki, hər şey planlaşdırdığımız kimi olmadı. Sənə birlikdə yaşadığımız hər gün üçün və bizim gözəl qızımız Afina üçün minnətdaram. Sən inanılmaz dərəcədə xeyirxah, xüsusi bir insansan. Biz birlikdə çox şey keçmişik və mən sənə qarşı böyük hörmət və minnətdarlıq hissi duyuram”.

Alyona Qavrilova isə “Instagram” hesabında “Özümə gəlmək üçün mənə vaxt verin. Mənə çox ağrılı və çətindir” deyə ayrılıq xəbərinə reaksiya verib.

Qeyd edək ki, cütlük 2018-ci il iyulun 14-də ailə həyatı qurub. Onların bu nikahdan Afina adlı qız övladları var

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024