Göyçay rayonunun Ləkçıplaq kəndinin Daşdəmirli məhəlləsində yerləşən transformatorda yaranan problem bir evdə yanğına və 40-dan çox vətəndaşın evlərində televizor, soyuducu, çanaq antenası aparatları, paltaryuyan maşın, su qızdırıcısı, sabitləşdirici elektrik qurğuları və mobil telefonların sıradan çıxmasına səbəb olub.
Aranxeber APA-ya istinadən xəbər verir ki, gecə saat 4:30 radələrində 1963-cü il təvəllüdlü Daşdəmirov Tehran Cəbrayıl oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğın zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.
Kənd sakinləri bildiriblər ki, transformatorda nasazlıq səbəbindən bir neçə aydır ki, tez-tez elektrik enerjisi kəsilir, əhali işıqsız qalır. Buna görə də dəfələrlə Göyçay rayon Elektrik Şəbəkəsinə müraciət ediblər və dünən Elektrik Şəbəkəsinin Ləkçiplaq kəndi üzrə elektriki Tacəddin Abdullayev transformatorda yenidən baş verən nasazlığı aradan qaldırdığını bildirib. Lakin bir neçə saat sonra həmin transformatorun əhatə etdiyi evlərə qəflətən güclü elektrik enerjisi ötürüb, nəticədə vətəndaşların elektrik məişət cihazları yanaraq sıradan çıxıb, o cümlədən kənd sakini Tehran Daşdəmirovun mənzilindəki soyuducunun mühərrikinin və televizorun partlaması evin tamamilə yanmasına səbəb olub.
Kənd sakinləri onlara dəyən maddi ziyana görə kənd icra nümayəndəliyinə və rayon Elektrik Şəbəkəsinə müraciət ediblər.
Məsələ ilə bağlı Göyçay rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsini icra edən Ruslan Məmmədov bildirib ki, ehtimal olunur ki, gecə saatlarında güclü yağış yağarkən 10/0.4 kilovoltluq transformatorun 0.4 kv-luq kabelində qəflətən qısaqapanma baş verib və transformatorun 3 çıxış xəttindən biri ilə evlərə verilən elektrik enerjisinin gərginliyində artıb-azalma olub, nəticədə bu xoşagəlməz hadisə baş verib. Ruslan Məmmədov deyib ki, bu cür hadisələrin baş verməməsi üçün hər bir evdə avtomatik qoruyucu sistem quraşdırılmalıdır: “Kimin evində bu sistem varsa, belə hadisələr zamanı mənzilə elektrik verilişi avtomatik olaraq dayanır, nəticədə məişət cihazlarında, evin elektrik naqillərində qısaqapanma halları baş vermir”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…