Kateqoriyalar: Maraqlı

“Pradonuz” yoxsa sizə 190 manatlıq ödəmə düşmür

Bəzi sosial şəbəkə səhifələrində Bakı şəhər sakini Kətanova Səbinə Natiq qızının maddi cəhətdən imkanlı olması təəssüratını yaradan şəklini paylaşaraq, 190 manat birdəfəlik ödəmənin ona da verildiyini bildirməsi barədə statuslar paylaşılır. 

Aranxeber xəbər verir ki, bununla əlaqədar  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, müraciətlərə baxılması müxtəlif dövlət orqanlarına məxsus e-informasiya sistemləri üzərindən həyata keçirilib:

“Müraciət edənlərin birdəfəlik ödəmə almaq hüququna baxılarkən, yalnız bu bazalardakı məlumatlara istinad edilib, onların maddi-məişət şəraitinin əyani müayinəsi aparılmayıb.

S.Kətanovanın birdəfəlik ödəmə ilə bağlı müraciətinə baxılarkən də e-bazalarda onun adında heç bir əmlak, avtomobil və s. olduğu müəyyən edilməyib.

Ödəmə alanların siyahısının nazirlik tərəfindən açıqlanması da elə ictimai aşkarlığa önəm verilməsinin göstəricisidir. Eyni zamanda, məqsəd əslində 190 manata ehtiyacı olmayan, lakin yaranmış hüququndan istifadə edərək bu ödəməni əldə edənlərin aşkarlanması və onları ictimai qınağa çəkməkdir.

S.Kətanovanı da hüququ yaranmasına baxmayaraq, ehtiyacı olmadan birdəfəlik ödəməni aldığına görə qınayırıq”.

Qeyd edək ki, S.Kətanova vayner, sosial şəbəkə fenomenidir.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024