Kateqoriyalar: İmişliRegion

İmişlidə silsilə oğurluq edən şəxslər saxlanılıb

İmişlidə silsilə oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Aranxeber-ə verilən məlumata görə, bir qrup İmişli rayon sakini bu ilin fevral ayında Rayon Polis Şöbəsinə müraciət edərək onlara məxsus evlərdən və avtomobildən oğurluq edilməsi barədə məlumat verib. 

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum edilmiş Samit Bəyalıyev və Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Sakit Cəfərov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər rayon ərazisində yerləşən 2 evdən və 1 avtomobildən qızıl zinət əşyaları və nəğd pul oğurlamaqla vətəndaşlara ümumilikdə 8000 manatdan çox ziyan vurublar. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib. 

Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024