Göyçay rayonunda fərdi yaşayış evi talan edilib.
Aranxeber “Report”a istinadən xəbər verir ki, hadisə Hacalıkənd kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ikinci kurs tələbəsi Süsən Vaqif qızı Hümbətova hər iki valideynini itirib və dayısının qəyyumluğu ilə böyüyüb.
Evdə yaşayış olmadığından sui-istifadə edən oğrular evin qapı-pəncərələrini, döşəməsini, pilləkənini həyətdəki çardağın şiferini sökərək aparıblar. Hətta evdəki divan, soyuducu və televizor da oğurlanıb.
S.Hümbətova Bakıda tələbə yataqxanasında qaldığını, dərs olmadığından Göyçaya qayıtdığını, lakin dağıdılmış evində yaşamaq üçün heç bir şəraiti olmadığını bildirib. O, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102 Xidməti-Zəng Mərkəzi”nə və Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edib.
S.Hümbətova evini talan edən şəxslərin cəzalandırılmasını və yaşamaq üçün şərait yaradılmasını istəyir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…