Hacıqabulda polisə tabe olmayan yük maşınının sürücüsü həbs edilib.
Aranxeber APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisində yerləşən stasionar DYP postunda polis serjantı Abduyev Məcid Nizami oğlu ön qeydiyyat nişanı olmayan “SHACMAN” markalı yük avtomobilini saxlayıb. Polis inspektoru avtomobili idarə edən İmişli şəhər sakini, 1996-cı il təvəllüdlü Şahpələngov Vilayət Sahib oğlundan avtomobilin sənədlərini və sürücülük vəsiqəsini təqdim etməsini tələb edib. Sonucu isə polis inspektorunun qanuni tələbinə məhəl qoymayaraq sənəd təqdim etməkdən imtina edib və avtomobili hərəkətə gətirib. Avtomobilin hərəkətinə mane olmaq istəyən polis inspektoru avtomobilin qapısının tutacağından asılı vəziyyətdə qalıb və buna baxmayaraq sürücü avtomobilin hərəkətini davam etdirməklə müqavimət göstərib. Nəticədə polis əməkdaşı sağ ayağına xəsarət dəyib.
Yük maşınının sürücüsü V.Şahpələngov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə qarşısına çıxarılan sürücü barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…