Kateqoriyalar: ÖlkəTəhsil

Məktəblərdə summativ qiymətləndirmə nə zaman aparılacaq?- Emin Əmrullayev cavabladı


 “Əgər məktəblərin açılması 4 may tarixində olarsa, summativ qiymətləndirmə elə həmin zamandan aparılacaq”.

Aranxeber AzEdu.az-a istinadən  xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Emin Əmurullayev deyib.

O, dərs müddəti başlayandan  sonra məktəbdaxili qiymətləndirmənin necə olacağı haqqında fikirlərini bildirib.

 “İlk növbədə məktəblərin açılması ilə bağlı qərar bilinməlidi. Sonra isə summativ qiymətləndirilmə istiqamətində tətbirlər görülməlidir. Çünki tədris müəssisələrinin fəaliyyətini nə zaman bərpa edəcəyini bilmirik. Əgər məktəblərin açılması 4 may tarixində olarsa, summativ qiymətləndirilmə elə həmin zamandan aparılacaq. İndiki mərhələdə nəsə demək çox çətin olardı. Hələ ki, təhsil ocaqları işini dayandırıb. Onlar açıldıqdan sonra təqvim planı tərtib edilməli və buna  uyğun olaraq dərs cədvəli müəyyənləşdirilməlidir. Sonra isə summativlərlə bağlı qərar verilməlidi. Hazırda elə bir zamandır ki, məktəbdaxili qiymətləndirmənin  tərtibi haqqında dəqiq nəsə demək düzgün olmazdı. Məsələn, tez bir zamanda qiymətləndirmələr keçirilməlidir fikrini irəli sürək. Dərslər 4-ü yox, 11-i açılsa, o zaman bu dediyimin heç bir mənası qalmayacaq. Əgər dərslər 4-ü açılsa, Təhsil Nazirliyi buna uyğun qiymətləndirilmənin necə aparılacağı haqqında düşünməlidir. Çünki hazırda cəmiyyətdə dərslərin hansı formada keçiriləcəyi haqqında fikir yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq dərslər tənzimlənəcək. Oradan verilən qərarlara uyğun olaraq summativ aiymətləndirmə haqqında düşünmək olar. İndi hər hansısa fikir desək, cəmiyyətdə çaşqınlıq yaranacaq. Bu həftə ərzində biləcəyik ki, mayın 4-də dərs başlayır, ya yox. Əgər 4 may ilk dərs günü olsa,  bu istiqamətdə daha dəqiq fikir yürütmək olar”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın əmrinə əsasən mayın 4-ü ilk tədris günüdür.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024