Kateqoriyalar: İmişliRegion

İmişli kənd sakinləri:”İcra hakimiyyəti və polis bizi incidir”

Vətəndaşlar İmişlidə icra hakimiyyəti və polis işçilərinin onları incitdiyini iddia edirlər.

Aranxeber Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Söhbət İmişli rayon Hacalmuradlı kəndindən gedir. Kənd sakinləri iddia edirlər ki, icra hakimiyyətinin işçiləri və polislər onlara heyvanları otlaq sahələrinə aparmalarına mane olur:

“Otlaq sahələri icra hakimiyyəti tərəfindən ayrılıb. Amma heyvanlarını həmin otlaq sahələrinə aparan kənd sakinləri icra hakimiyyəti işçiləri tərəfindən cərimələnir. Vəziyyət o dərəcəyə çatıb ki, kənd sakinləri karantin olmasına baxmayaraq, icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar”.

Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyev  açıqlamasında bildirib ki, məsələ sakinlərin iddia etdiyi kimi deyil:

“İmişli rayon Hacalmuradlı Bələdiyyəsi tərəfindən kənd sakinlərinin ümumi istifadəsinə sahəsi təxminən 100 hektara bərabər olan otlaq sahəsi ayrılıb. Lakin bir neçə kənd sakini orada başqa şəxslərin qanuni icarəsində olan torpaq sahəsinə girərək heyvanlarını otarıb. Eyni zamanda, kənd sakinlərindən birinin pay torpağına da icazəsiz giriblər. Sakinlərin ikisi də torpaqlarına vurulan ziyan barədə aidiyyəti üzrə orqanlara şikayət edərək, həmin şəxslərin cəzalanmasını tələb ediblər.

Müraciətlə bağlı Əmlak Məsələləri Dövlət Komitəsində araşdırma aparılıb. Məlum olub ki, həqiqətən də həmin vətəndaşların qanuni sənədlə icarəyə götürdüyü pay torpağına ziyan vurulub. O məsələ ilə bağlı zəruri tədbir görülüb. İcra Hakimiyyətinin işçiləri tərəfindən kənd sakinlərinə qarşı heç bir təzyiq olunmayıb. Bu gün də kənd sakinlərinin bələdiyyə tərəfindən ayrılan otlaq sahəsində heyvanlarını otarması ilə bağlı heç bir qadağa yoxdur”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024