Kateqoriyalar: ÖlkəSağlamlıq

Niyə bizdə COVİD-19 virusuna yoluxanların sayı və ölüm faizi aşağıdır?-SƏBƏBLƏRİ

Bu gün bütün dünyanı əsarətdə saxlayan COVİD-19 virusu ilə əlaqədar elan olunan karantin artıq öz töhfəsini verməkdə davam edir.

Aranxeber xəbər verir ki, koronavirus  infeksiyanı əvvəldən izləyən bir həkim kimi deyə bilərəm ki, o fikirləşdiyimiz kimi həddən artıq təhlükəli deyilmiş. Çünki,onun yaratdığı ağırlaşmalar əsasən yaşlı xroniki xəstəlikləri,immun qabiliyyətləri aşağı olan insanlarda müşahidə olunur. Yəni, vəziyyəti yaxşı olmayan yaşlı xəstələrinya vəziyyətlərini daha da ağırlaşdırır,ya da onların vaxtından tez ölümünə səbəb olur.   Bu elmə çoxdan məlum olan koronavirus ailəsinə mənsub virusun yeni növü olduğundan onun haqqında fikir yürütmək elə də asan məsələ deyildir.Bunun üçün gərək əldə elmi,nəzəri,xəstəliyin gedişində baş verən nəticələr olmalı idi.   Hələlik elmi nəticələr olmasa da, nəzəri cəhətdən bunun o biri viruslardan elə də qorxulu olduğu görünmür.  

Ölkəmizdə isə gördüyünüz kimi aparılan epidimioloji tədbirlər nəticəsində yoluxmaların sayı və ölüm faizi hələ ki yüksək deyil.   

Nəyə görə bizdə COVİD-19 virusuna yoluxanların sayı və ölüm faizi aşağıdır.

Yuxarıda qeyd etdiyim kimi ölkəmizdə əks-epidemik tədbirlər vaxtında həyata keçirildi.Yəni,qonşu dövlətlərlə sərhəd demək olar ki,vaxtında bağlandı.Ölkəyə qayıdanların hamısı karantinə götürüldü və onların hamısına test olundu.

Bundan əlavə qonşu dövlətlərdən bir neçə günlər əvvəl ölkəyə qayıdanların hamısı müəyyən olunaraq hamısı və onlarla tənasda olanlar da karantinə alındı.Bütün şübhəlilərə xəstəliyə görə test edilərək yoluxanların hamısı müalicəyə götürüldü.   Ölüm faizinin az olması isə millətimizin immun qabiliyyətinin yuxarı olmasındadır.Hər bir insan gündə 3500-4500 kkal eneryı itirir.Bu enerjinı isə qəbul etdikləri qidaların tərkibindəki karbohidratların,yağların və zülalların parçalanası nəticəsində əldə edilirlər.İnsan hər gün 120 qr zülal,105 qr yağ (20-25 qr bitki mənşəli olur) və 500-600 qr karbohidrat alır.Bu qidaların içərisində ət,ət məhsulları,çörək üstünlük təşkil edir.Çörəyin tərkibi demək olar ki karbohidratlardan təşkil olunub.Artıq karbohidratlar orqanizmdə parçalanaraq yağ şəklində dərialtı piy təbəqəsində yığılır.Eyni zamanda çörəyin tərkibində mineral duzlar və orqanizm üçün faydalı olan kimyəvi elementlər üstünlük təşkil edir.Avropalılar demək olar ki,yağdan.çörəkdən az istifadə edirlər.Bizim millət də ət və çörəyi avropalılardan çox qəbul etdiyindən immun qabiliyyətimiz onlardan yüksəkdir.Bunun nəticəsidir ki,bizim orqanizmimiz viruslara qarşı daha davamlı müqavimət göstərə bilir.   Bir də ki,başqa xalqlara nisbətən bizim təşvişdə qalmaq xüsusiyyətimiz aşağıdır.   Bütün bunların əsasında demək mümkündür ki, şəxsi ğiğiyena qaydalarına əməl etməklə, məsafə rejimini saxlamaqla ölkəmizdə karantinə may ayında son vermək olar.  Moderator.az

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024