Yuxarı Qarabağ kanalında suyun səviyyəsi 3 metrə yaxın aşağı düşüb.
Aranxeber xəbər verir ki, Yuxarı Qarabağ kanalı İstismar İdarəsinin rəisi Şakir İmanov bildirib. Onun sözlərinə görə, mənbəyini Mingəçevir Su Anbarından alan kanalda müşahidə olunan enmə anbarındakı su həddinin ötən illə müqayisədə təxminən 2 metr yarım aşağı düşməsi ilə bağlıdır. Bu hal isə Mingəçevir, Yevlax, Goranboy, Ağcabədi, Beyləqan, İmişli və digər rayonların ərazilərinə düşən 130 min hektarlıq əkin sahəsini tam arzuolunan səviyyədə suvarma suyu ilə təmin etməyə imkan vermir. Belə ki, əvvəllər tunel vasitəsilə anbardan kanala saniyədə 80 min kubmetr su ötürülürdüsə, bu gün həmin rəqəm 57 min kubmetr su həddinə düşüb. Bu səbəbdən də vaxtilə Araz çayında suyun azlığını kompensasiya etmək üçün kanaldan çaya axıdılan suyun həcmi də iki dəfə aşağı düşüb.
Şakir İmanov bildirib ki, kanalda suyun azalması bəzi ərazilərin təminatı üçün suyun süni qaldırması prosesini zəruri edir: Hidrotexniki və digər nasos qurğuları endirilərək əlavə əmək sərf olunur.
Kanalın əməkdaşları bu durumda su itkisinin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirir. Xüsusilə də kanalın təmizlənməsi və sızmaların önlənməsi məqsədilə maksimum səy göstərilir. Onların fikrincə, qarşıdakı aylar ənənəvi olaraq suyun artması ilə xarakterik olacaq və bununla da su anbarında, buna müvafiq kanalda suyun səviyyəsi normal həddə çatacaq.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…