Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib.
Aranxeber APA-ya istinadən xəbər verir ki, rayonun Xınıslı kənd sakini Rəfail İnqilab oğlu Məmmədov Kürdəmir rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus fərdi yaşayış evindən müəyyən əşyalar oğurlandığını bildirib. Bununla bağlı rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin oğurluq hadisəsini törədən şəxslər əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakinləri Rövşən Rasim oğlu Babaşov və İntiqam İftixar oğlu Cabbarovdur. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, onlar, ümumilikdə, Kürdəmir rayon sakinlərinə 4 000 manat məbləğində maddi ziyan vurublar.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…