“Yeni imtahanların qrafiki tərtib olunan zaman proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq”.
Aranxeber Oxu.Az– a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə pandemiya dövründə qurumun fəaliyyəti, təxirə salınan imtahanlar, gələcək işlər və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, proqramdan nə isə çıxarmaq və əlavə etmək mümkündür:
“Məsələn, biologiyada virusla bağlı suallar da olacaq. Hər bir imtahan elan ediləndə proqramın təsdiqlənməsini və ya mövzuların çıxarılıb-salınacağını deyəcəyik. Qiymətləndirmənin əsas prinsipi – ədalətliliyi qoruyub-saxlayacağıq”.
Sədr bildirib ki, mart ayında doqquzuncu, aprel ayında isə 11-ci siniflər üçün imtahanlar keçirilməli idi:
“İmtahanla bağlı proqramlar isə noyabr, dekabr ayında nəzərdə tutulub. Şagirdlər onlayn və televiziyada olan dərslərdə iştirak edirlər.
Karantin dövründə 150-dən çox dərs “YouTube” kanalında yerləşdirilib. Kimsə dərsdə iştirak etməyibsə, kanalımızda dərsi tapıb yenidən baxa bilər. Dərslərin iki ay olmaması şagirdlərə psixoloji cəhətdən təsir edir, amma həmin şagirdlərin dərsi mənimsəməsi üçün şərait yaradılıb”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…