Kateqoriyalar: ÖlkəTəhsil

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq”

Karantin rejimi qaydaları ilə bağlı yeni tarixin açıqlamasından sonra ictimaiyyəti düşündürən əsas məsələlərdən biri tədris prosesinin necə və nə vaxt bərpa olunacağıdır.

Buna səbəb sosial şəbəkələrdə mart və aprel aylarında yaranmış dərs boşluğunun yay aylarında doldurulacağına dair məlumatların yayılmasıdır.

Təhsil üzrə ekspert Kamran Əsədov Baku TV-yə bildirib ki, may ayının 4-də tədris prosesi birdəfəlik olaraq açılmayacaq:

“Bu, mərhələli şəkildə həyata keçiriləcək. İlk olaraq yuxarı sinif şagirdlərinin dərsləri bərpa olunacaq. Çünki bu il onların buraxılış və qəbul imtahanları var. Tədris prosesinin yay aylarında davam etdirilməsi ilə bağlı yayılan məlumata gəldikdə, bununla bağlı hələlik heç bir rəsmi qərar qəbul olunmayıb. Amma yeni dərs ilinin sentyabrda yox, daha tez başlaması istisna olunmur”.

K.Əsədovun sözlərinə görə, Azərbaycanda iyul ayında tədris nəzərdə tutulmur:

“Ola bilsin ki, növbəti tədris ilinin başlanması sentyabrın 15-də yox, avqustun 15-də həyata keçirilsin. Amma bu, bütün gün yox, səhər saat 8-dən 10-a qədər olan müddətdə baş tutsun”. 

Ekspert qeyd edib ki, Azərbaycanda iyulda və avqust ayının ilk 15 günündə orta temperatur 40-45 dərəcə olur. Bu da şagirdlərdə günvurma kimi hallara səbəb ola bilər.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024