Kateqoriyalar: DünyaSağlamlıq

Böyük Britaniya koronavirus vaksini istehsal etməyə başlayacaq

Böyük Britaniya COVD-19 əleyhinə hələ kliniki tədqiqatlardan keçməyən vaksin istehsal edəcək.

Aranxeber xəbər verir ki, bu barədə Oksforddakı Cennerovsk İnstitutunun direktoru Adrian Hillə istinadən “SkyNews” telekanalı bildirib.

Alim qeyd edib ki, bu addımın məqsədi sentyabrda milyon ədəd vaksin istehsal etmək və dərmanın effektivliyini sübut edəcəyi təqdirdə onun istifadəsinə başlamaqdır. “Hələlik bu sınaqlar davam edir, biz risklə istehsala başlamalıyıq, testlər uğursuzluğa düçar ola bilər”, – Hill deyib.

Onun sözlərinə görə, alimlər sentyabrda dərmanın milyon doza ətrafında hazır olacağını gözləyirlər. Bu halda Hill onun şanslarını da qiymətləndirib. Alim bildirib ki, yeni vaksin 80 faiz müvəffəqiyyətli olacaq.

Qeyd edək ki, vaksin “ChAdOx1 nCoV-19” adını alıb. Dərman şimpanzenin zərərsiz virusu əsasında istehsal edilir. Onun tərkibinə koronavirus kodunun genetik hissəsi əlavə edilib. Belə texnologiya daha əvvəl başqa xəstəliklərə qarşı immunitetin yaradılmasında effektivliyi göstərib.

Britaniya COVID-19 pandemiyasından zərər çəkən ölkələrdən biridir. Son gündə bu ölkədə 888 nəfər COVID-19-un qurbanı olub.

Bununla da Birləşmiş Krallıqda xəstəlikdən ölənlərin sayı 15 464-ə çatıb. Yoluxma faktlarının sayı daha 5 526 nəfər artaraq 114 217-yə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024