Kürdəmirdə evlərdən oğurluq edənlər saxlanılıblar

Kürdəmirdə oğurluq hadisəsi baş verib.

Aranxeber APA-ya istinadən xəbər verir ki, rayon sakinləri Mahmudova Xatirə Əli qızı, Cəlilov Zahid Vahid oğlu, Əliyeva Sevda Mehman qızı, Musayev Aqil Qasım oğlu və Bağırov Seymur Seyidəzim oğlu müxtəlif vaxtlarda Kürdəmir rayon Polis Şöbəsinə müraciət edərək onlara məxsus fərdi yaşayış evlərindən və iaşə obyektlərindən qızıl-zinət əşyalarının, təsərrüfat təyinatlı əşyaların, məişət avadanlıqlarının, eləcə də avtomobil ehtiyat hissələrinin oğurlandığını bildiriblər. Bununla bağlı rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin oğurluq hadisələrini törədən şəxslər  Kürdəmir rayon sakinləri, Sultanov Alim İlham oğlu, əvvəllər məhkum olunmuş Əliyev Usub Sakit oğlu, Hacıyev Elməddin İsrail oğludur. Onlar şübhəli şəxs qismində saxıanılaraq, rayon Polis Şöbəsinə gətiriliblər.

İlkin dindirmə zamanı onlar etdikləri cinayət əməllərini etiraf ediblər.

Qeyd edək ki, onlar ümumilikdə Kürdəmir rayon sakinlərinə 3500 manat məbləğində maddi ziyan vurublar.

 Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024