Aran rayonlarını tanıyaq – III HİSSƏ

13.Sabirabad rayonu 8 avqust 1930-ci ildə yaranib və bir müddət Petropavlovka adlandırılmışdır. 1469kmərazisi, 176900 nəfər əhalisi var. Nəqliyyat kodu 54-dür.

Arazla Kürün qovuşduğu məkanda yerləşən rayonun boz-çəmən tipli torpağı, mülayim-isti iqlimi var. Sabirabada 250-350mm illik yağıntı düşür. Rayon pambıq və taxıl becərilməsində ön sıralarda gedir.

Asif Ağayev, Asif Hüseynov, Elçin Quliyev, Yavər Camalov və s bu rayondandır.

14.Salyan rayonu 8 avqust 1930-cu ildə rayon statusu alıb və 1792 km2 ərazisi, 137100 nəfər əhalisi var. Nəqliyyat kodu 52-dir.  

Rayonun ərazisi Kür-Araz ovalığında Muğan və Cənub-Şərqi Şirvan düzlərində yerləşir. Boz-çəmən tipli torpaq, mülayim-isti iqlimi olan rayona İllik yağıntı miqdarı 250-400mm təşkil edir. Rayon ərazisində neft və qaz yataqları var. Rayonda dünyanın ən baha kürüsü satılır.

Xəlil Rza Ulutürk, Vaqif Axundov , Qulu Əsgərov bu rayondandır.

15.Şirvan şəhəri 1938-ci ilədək Zubovka adlanıb . 1938-2008-ci illərdə isə Əli-Bayramlı adlanan şəhər, 1938-1954 -cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər, 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 727 km2, əhalisinin sayı 86500 nəfərdir. Şirvan şəhərinin nəqliyyat kodu 18-dir.

Şəhər Kür çayının sol sahilində yerləşir. Şirvanda Avropanın ən böyük açıq tipli Şirvan DRES-i, yağ zavodu, dəmir-beton məmulatları, saxsı boru, süni dəri zavodları və neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir. Burada illik yağıntı 300 mm təşkil edir.

Şirin Şirinov, Nofəl Quliyev,  Rəfael Həbibov bu şəhərdə doğulub.

16.Ucar rayonu 24 yanvar 1939-cu ildə təsis edilib və 867 km2 ərazisi 87700 nəfər əhalisi var. Nəqliyyat kodu 61-dir.

Mülayim-isti iqlimi, boz-çəmən tipli torpağı vardır. Ərazisindən Göyçay və Türyançay keçir. Təsərrüfatı pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quru subtropik meyvəçilik, üzümçülük, bostançılıq və quşçuluqdan ibarətdir.

Ziya Məmmədov, Aşıq Əhliman, Novruzəli Orucov bu rayondandır.

17.Yevlax rayonu 1935-ci ilin 20 fevral tarixində təşkil edilib.  1962-ci il  26 dekabrda  çağrılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına verilmiş, 1965-ci ildə Yevlax yenidən müstəqil rayona çevrilmişdir. 1470km2 ərazisi , 128700 nəfər əhalisi var. Nəqliyyat kodu 66-dır.

Gəncə-Qazax düzənliyinin cənub-şərqində yerləşir. Allüvial çəmən-meşə, boz-çəmən torpağı, mülayim-isti iqlimi var. Rayonun ərazisindən Kür, Əlican, Korçay, İncəçay keçir. Rayon əhalisi pambıqçılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur.

Əlibəy Əfəndiyev, Malik Əsədov, Fəxrəddin Nəcəfov, Fariz Mədətov bu rayonda doğulub.

18.Zərdab rayonu 05 mart 1935-ci ildə təsis edilib və 855 km2 ərazisi, 58200 nəfər əhalisi var. Nəqliyyat kodu 63-dür.

Bakıdan 231 km məsafədə yerləşən rayonun boz-çəmən və şoran tipli torpağı, mülayim-isti və quru-çöl iqlimi var.  Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir. Rayonda pambıqtəmizləmə, konserv, çörək, kərpic, asfalt, süd zavodları fəaliyyət göstərir.

Böyükkişi Ağayev, Həsən bəy Zərdabi, Məhəmməd bəy Məlikov  bu rayondandır.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024