1.Ağcabədi rayonu-1930-cu ildə rayon adı almış, 1963-cü ildə rayon statusu ləğv edilərək Ağdam rayonuna verilmiş, lakin 1965-ci ildə yenidən müstəqil rayon statusunu almışdır. 1756km2 ərazidə yerləşən, 134500 nəfər əhalisi olan rayonun nəqliyyat kodu 04-dür.
Rayon Qarqar çayının sahilində yerləşir, boz-çəmən tipli torpağı, mülayim-isti və quru iqlimi var. İllik 300-500mm yağıntı yağan rayonun əhalisi pambıqçılıq, taxılçılıq və üzümçülüklə məşğul olur.
Üzeyir Hacıbəyov, Tofiq Bəhrəmov, Zülfü Adıgözəlov, Vilayət Qurbanov, İsi Məlikzadə kimi bir tanınmış şəxsiyətlər bu rayondandır.
2.Ağdaş rayonu- 8 avqust 1930-cu ildə rayon statusu almışdır. 1050 km2 ərazidə yerləşən, 108700 nəfər əhalisi olan rayonun nəqliyyat kodu 03 dür.
Türyan çayının sahilində yerləşən rayonun ərazisində saqqız ağaclarından ibarət seyrək arid meşələri yerləşir. Boz-çəmən tipli torpağı, mülayim-isti və quru-subtropik iqlimi var. İllik 300-450 mm yağıntı düşür. Rayon əhalisinin əsas məşğuliyyəti taxılçılıq, ipəkçilik, pambıqçılıq, maldarlıq və meyvə ağaclarının becərilməsidir.
Fikrət Qoca, Salih Salihov, Muxtar Əfəndizadə, Habil Əliyəv kimi bir çox tanınmış şəxsiyətlər bu rayondandır.
3.Beyləqan rayonu-1939-cu ilin yanvar ayında Jdanov adı ilə yaranmışdır. 1963-cü ildə rayon ləğv edilərək İmişli rayonu ilə birləşdirilmişdir. Lakin 1964-cü ildə yenidən ayrılaraq Jdanov rayonu olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək tarixi Beyləqan şəhərinin adı verilmişdir. 1131 km2 ərazidə yerləşən, 97600 nəfər əhalisi olan rayonun nəqliyyat kodu 11-dir.
Rayon Kür və Araz çayları arasında yerləşir. Boz-çəmən tipli torpağı, quru-subtropik iqlimi var. İllik 350-400mm yağıntı düşən rayonun buxarlanması 800–1400mm-dir. Onun nəticəsidir ki, ərazidə yay vaxtı suvarma tələb olunur. Rayon əhalisi taxılçılıq, pambıqçılıq və heyvandarlıqla məşğul olur.
Tağıyev Şamxal, Əsədov Gəray kimi adın tanıtdırmış şəxsiyətlər bu rayonda yaşayıb.
4.Bərdə rayonu-8 avqust 1930-cu ildə rayon statusu almışdır. 957 km2 ərazidə yerləşən, 155400 nəfər əhalisi olan rayonun nəqliyyat kodu 09 dur.
Bərdə rayonu Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir. Rayon ərazisindən Tərtər və Xaçın çaylarıda keçir. Quru-çöl və yarımsəhra tipli torpağı, mülayim-isti və quru-subtropik iqlimə malikdir. İllik 250-350mm yağış yağan rayonun sakinləri maldarlıq, taxılçılıq, pambıqçılıq, və bostançılıqla məşğul olurlar.
Firuddin Babayev, Saleh Hacıyev, Cümşüd İbrahimov rayonun tanınmış şəxslərindəndir.
5.Biləsuvar rayonu-1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 7 fevral 1991-ci ildə Biləsuvar adı yenidən verilmişdir. 1397 km2 ərazidə yerləşən, 102400 nəfər əhalisi olan rayonun nəqliyyat kodu 12-dir.
Biləsuvar rayonu Muğan düzünün cənub-qərb hissəsində yerləşir. Şabalıdı torpağa, isti-quru iqlimə sahibdir. İllik 220-275mm yağıntı düşən rayonun əhalisi maldarlıq və quşçuluqla məşğuldur.
Əlibaba Hacızadə, Ramiz Novruzov, Cəmil Həsənli və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mubariz İbrahimovun doğulduğu rayondur.
6.Göyçay rayonu-8 avqust 1930-ci ildə rayon adı almışdır. Adını ərazisindən keçən Göyçay çayınan alan rayonun 739km2 ərazisi, 119400 nəfər əhalisi var. Nəqliyyat kodu 23-dür.
Rayon Şirvan düzünün şimal hissəsində yerləşir. Boz-çəmən və şabılıdı torpağı, quru-subtropik və mülayim isti iqlimi var. İllik 400-500mm yağıntı yağan rayonun əhalisi quşçuluq və nar ağacların yetişdirilməsi ilə məşğul olur.
Rayonun Rəsul Rza, Əli Kərim, Anar Nəcəfzadə, Rafael Babayev kimi tanınmış şəxsiyətləri var.
www.aranxeber.com
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…