Azərbaycan Respublikasında 67 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib, 41 nəfər müalicə nəticəsində sağalaraq evə buraxılıb.
Aranxeber xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan mətbuata verilən məlumata görə, 1935-ci il təvəllüdlü vətəndaşın anamnezində ürək ritminin pozulması, ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz olduğu göstərilib, ondan koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxıb. Bütün zəruri tibbi tədbirlərin həyata keçirilməsinə baxmayaraq pasiyent vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…