Koronavirus pandemiyası səbəbindən Avropada futbol yarışları dayandırılsa da, transfer danışıqları davam etdirilir.
Aranxeber Apasport.az-a istinadən xəbər verir ki, klubların maddi cəhətdən ziyana düşmələri mövsümün sonunda azad agent statusu daşıyacaq oyunçuların dəyərini daha da artırıb.
Çünki ciddi maliyyə itkisinə uğrayan qitə təmsilçiləri mövsümün sonunda havayı və ucuz oyunçulara üstünlük verməyi düşünürlər. Avropada bir neçə ulduz futbolçu var ki, klubu ilə sözləşməsi bitmək üzrədir və onlar dayandırılan mövsümün bərpasını və başa çatmasını gözləyirlər. Bu baxımdan PSJ-də ayrılıq daha çox olacaq. Fransa təmsilçisi mövsüm bitdikdən sonra 4 oyunçusunu havayı əldən buraxacaq. “Çelsi”, “Napoli” və “Tottenhem”in isə 2 üzvü digər klublarla anlaşmaqda sərbəstdir.
Müqavilə müddəti mövsümün sonuna qədər olan ulduz futbolçular:
Tomas Menye (PSJ)
Villian (“Çelsi”)
Dris Mertens (“Napoli”)
Edinson Kavani (PSJ)
Yan Vertongen (“Tottenhem”)
Artyom Dzyuba (“Zenit”)
Keyvin Kurzava (PSJ)
Çarles Arangis (“Bayer”)
David Silva (“Mançester Siti”)
Tiaqo Silva (PSJ)
Mario Götze (“Borussiya”, Dortmund)
Benyamin Stambuli (“Şalke”)
Pedro (“Çelsi”)
Xose Kalyexon (“Napoli”)
Natanyel Klayn (“Liverpul”)
Yafet Tanqanqa (“Tottenhem”)
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…