Kateqoriyalar: BaşHadisəŞirvan

Şirvanda karantin rejimini pozan şəxslər həbs edilib

Şirvan şəhəri ərazisində profilaktik tədbirlər gücləndirilmiş iş rejimində davam etdirilir.

Aranxeber  APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq aprelin 5-dən etibarən Şirvan şəhərində hərəkət məhdudiyyəti tətbiq edilib, şəhər Polis Şöbəsinin əməkdaşları ilə bərəbər Daxili Qoşunların şəhər ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgər heyəti də xüsusi karantin rejiminə nəzarət prosesinə cəlb edilib. 

Şəhər Şəhər İcra Hakimiyyətinin və şəhər Polis Şöbəsinin birgə iştirakı ilə şəhərə giriş-çıxışın məhdudlaşdırılması məqsədi ilə yaradılmış postlarda əlavə tədbirlər görülüb. Gigiyena və Epidemiologiya Mərkəzi və şəhər Bələdiyyəsi tərəfindən şəhər ərazisində 191 obyektdə dezinfeksiya işləri aparılıb, şəhərin küçə və prospektləri dezinfeksiyaedici maddələrlə yuyulub. 

Eyni zamanda, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə yaradılmış 23 mobil qrup üzvləri tərəfindən gün ərzində şəhər ərazisində, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində izahetmə-xəbərdarlıq işləri davam etdirilib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, karantin rejiminin tələblərinin pozulması halları olub və Şirvan şəhər Polis Şöbəsi tərəfindən görülmüş profilaktik tədbirlər nəticəsində 79 nəfər İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Onlardan 73 nəfəri müxtəlif məbləğlərdə cərimə edilib, 6 nəfər barəsində isə Şirvan şəhər Məhkəməsi tərəfindən inzibati həbs qərarı çıxarılıb.

Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin sosial xidmət işçiləri tərəfindən şəhər ərazisində yaşayan 187 nəfər ahıl və tənhalara yaşadıqları ünvanlarda sosial xidmətlər göstərilib. Eyni zamanda, 181 nəfər aztəminatlı və tənha şəxslərə Baş Prokurorluq tərəfindən yardım göstərilib.

Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi davam etdirilir.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024