Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xüsusi karantin rejimi dövründə nəqliyyat vasitələrinə təhlükəsizlik kameraları vasitəsi ilə cərimə tədbiq edilməsinə dair yayılan məlumatlara münasibət bildirib.
Aranxeber APA-ya istinadən xəbər verir ki, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məsələya aydınlıq gətirərək bildirib ki, sosial şəbəkələrdə guya şəhərdə hərəkətdə olan avtonəqliyyat vasitələrinə kameralar vasitəsi ilə cərimə tətbiq edilməsi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir: “Xüsusi karantin rejimi dövründə hərəkətdə olan nəqliyyat vasitləri Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılır. Araşdırma aparılır, əgər həmin avtomobili idarə edən şəxs zərurət yaranmadan yola çıxıbsa onlar 100 manat dəyərində cərimə edilirlər”.
Qeyd edək ki, sosial şəbəkələrdə hərəkətdə olan avtonəqliyyat vasitələrinə kameralar vasitəsilə cərimə tətbiq edilməsi dair məlumatlar yayılıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…