UEFA bu gün milli assosiasiyaların nümayəndələri ilə videokonfrans keçirib.
Aranxeber xəbər verir ki , tərəflər koronavirus pandemiyası üzündən Avropada dayandırılan daxili və qitəmiqyaslı turnirlərin taleyini müzakirə edib.
Qərara alınıb ki, bütün ölkələrdə çempionatlar başa çatdırılmalıdır. Bununla da UEFA assosiasiyalara oyunların yayda keçirilməsinə faktiki olaraq icazə verib.
Bu videokonfransadək assosiasiyalar çempionatların iyunun sonunda başa çatmasına uyğun təqvim hazırlayırdı. Lakin UEFA prezidenti Aleksander Çeferin bu gun açıqlayıb ki, çempionat matçlarının keçirilməsi üçün mövsüm uzadılacaq. Lakin turnirlərin bərpa vaxtı qeyri-müəyyən olaraq qalır. Əksər ölkələr aprelin sonunadək bütün matçları dayandırıb. Bugünkü toplantıda UEFA birmənalı şəkildə nümayiş etdirib ki, yarışların başa çatmasını istəyir və bunun üçün yollar axtarır.
Qeyd edək ki, Belarus istisna olmaqla bütün Avropa ölkələrində çempionat dayandırılıb.
İstinad mənbəyi: Apasport
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…