Kateqoriyalar: BaşSağlamlıq

Koronavirus bu temperaturda 5 dəqiqə ərzində ölür – Alimlər AÇIQLADI

Honkonq Universitetinin tədqiqatçlıları koronavirusun hansı hərarətdə daha fəal olduğunu açıqlayıblar.

Aranxeber “Report”a istinadən xəbər verir ki, alimlərin gəldiyi qənaətə görə 4 dərəcə radələrindəki hərarətdə koronavirus sabit vəziyyətdə qalaraq dezinfeksiya aparılmadığı halda 14 gündən sonra fəallığı azalmağa başlayır. Halbuki 70 dərəcədən artıq hərarətdə 5 dəqiqə ərzində fəalsızlaşır.

Bundan əlavə, müxtəlif maddələrdə koronavirusun qalma müddətini araşdıran alimlərin rəyinə görə, kağız üzərində üç saatdan sonra aşkarlanan koronavirus paltar və emal olunmuş taxta üzərində iki günədək, şüşə üzərində 4 günədək, plastik üzərində də 7 günədək qalır. Həmçinin tibbi maskaların üz tərəfində də koronavirusun 7 günədək qalmaq iqtidarında olduğu, ona görə də maskaların ciddi dezinfeksiyasının vacib olduğu vurğulanır. Xatırladaq ki, ilk dəfə ötən il dekabrın 31-də Çinin Vuhan şəhərində aşkarlanan COVID-19 virusu ötən müddət ərzində demək olar, bütün dünyaya yayılıb. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun pandemiya olduğunu rəsmən elan edib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024