Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.
Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xurel kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Raifə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.
Qətli törətdikdən sonra N.Əhmədov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…