Aranxeber Oriflame.com-a istinadən bu barədə məlumat verir;
ALIN
Üz xəritəsini tərtib edən entuziastlar alında olan problemlərin alın və sinir sistemi ilə əlaqəli olduğunu təsdiq edirlər. Alın nahiyyəsindəki səpkilər adətən stress nəticəsində əmələ gəlir. Ona yalnız yoqa və meditasiya kömək edə bilər. Həmçinin həzm orqanlarına kömək etmək üçün kifayət qədər su, meyvə və tərəvəzlər qəbul etməyiniz məqsədə uyğundu.
QAŞLAR ARASI HİSSƏ
Əgər problemlər məhz qaşlar arası hissədə əmələ gəlirsə həzm orqanları, qaraciyər və böyrəklərdə olan problemlərin göstəricisidir. Bu orqanlara mənfi təsir göstərəcək siqaret, spirtli içkilər və yağlı qidadan uzaq olmaq lazımdır. Həmçinin problem şəxsin süd məhsullarına individual alergiyasının olması ola bilər.
BURUN
Ənənəvi tibb tərəfdarları hesab edirlər ki, burun bütün tənəffüs sistemi ilə əlaqəli olması ilə yanaşı ürək və ağciyərlərlə də əlaqəlidir. Əgər sizi bilavasitə burnun üstündəki səpkilər narahat edirsə təzyiqi yoxlamaq və aşağı qlisemik indeksə malik qidaya keçmək tövsiyə edilir. Həmçinin qida rasionundan ət, kofe, alkoqol və istiotlu qidaları çıxarmanız yaxşı olar.
SAĞ YANAQ
Çin təbabətinə görə bədənin sağ və sol tərəflərində fərq çox böyükdür. Əgər məhz sağ yanaqda səpkilər əmələ gəlirsə ola bilər ki, ağ ciyərlərə xüsusi diqqət verməlidir. Daimi kardio məşqlər, tənəffüs təlimləri və siqaretdən imtina tələb olunur. Həmçinin sağ yanaq orqanizmə şəkərin səviyyəsi haqda da siqnal verə bilər, ona görə də şirniyyata çox meyillilik azaldılmalıdı.
SOL YANAQ
Sol yanaq birbaşa olaraq qaraciyərlə əlaqəlidir. Ona görə də sol yanaqda səpkilər varsa mütləq olaraq alkoqol və yağlı yeməklərdən uzaq olunmalıdı. Bu sızanaqdan əziyyət çəkən şəxsə situasiyanı dəyişməyə kömək edəcək.
BURUN YANLARINDA OLAN NAHİYYƏ
Bu nahiyyədə olan problemlər çox vaxt nazik bağırsağın vəziyyətindən asılı olaraq dəyişir. Soyuq içkilərdən qaçın və səpkilərin məhz hansı yeməklərdən əmələ gəldiyini müəyyən etmək üçün qida gündəliyi tutmağınız məsləhətdir.
ÇƏNƏ
Çənə hissəsində olan problemlər dalaq, böyrəklər və həzm sistemi ilə əlaqəli ola bilər. Problemlərdən qurtulmağa sənə düzgün qidalanma və aktiv həyat tərzi kömək ola bilər. Bəzi hallarda çənə hissəsindəki dəri problemləri orqanizimdə baş verən hormonal disbalansdan da xəbər verir. Bu halda səpkilər mensturasiya öncəsi əmələ gəlir- bu halda dermotoloqa müraciət etməyiniz məqsədə uyğun olar.
ÇƏNƏ XƏTTİ
Çənə xətti boyunca olan problemlər çox vaxt yoğun bağırsağın problemlərində xəbər verir. Ona görə də qida rasionuna daha çox sellioz tərkibli qidalar əlavə edin və kifayət qədər su için. Həmçinin, bu problem dişlərlə bağlı ola bilər. Sizə stomotoloqa müraciət etməyi tövsiyə edirik. Hormonal disbalans da bu nahiyədəki problemlərin səbəbi ola bilər.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…