“Qaya” vokal qrupunun solisti, Xalq artisti Rauf Babayev dəfn olunub.
Aranxeber APA-ya istinadən xəbər verir ki, o, II Fəxri xiyabanda torpağa tapşırılıb.
Koronavirus təhlükəsi səbəbindən dəfn mərasimi mərhumun ailə üzvlərinin iştirakı ilə keçirilib.
Mədəniyyət Nazirliyi mədəniyyət, ictimaiyyət və mətbuat nümayəndələrinin karantin qaydalarına riayət etmələrini, dəfndə kütləvilik yaratmamağı tövsiyə edib.
Rauf Babayev 1937-ci ildə Ermənistan Respublikasının Leninakan (Gümrü) şəhərində anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən “Qaya” vokal instrumental qrupunda çıxış edib. 1995-2001-ci illərdə “Bəri bax” vokal qrupunun, 2001-ci ildən “Qaya” Dövlət Ansamblının bədii rəhbəri olub.
R. Babayevə 1978-ci ildə “Azərbaycan SSR Əməkdar artisti”, 2006-cı ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı verilib, 2017-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Allah rəhmət eləsin!
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…