Kateqoriyalar: DünyaMaraqlı

Dünyada ən çox danışılan dillər hansılardır?

Bu sual yəqin ki, çox insanda maraq doğurur.

Aranxeber dünyada ən çox istifadə olunan 7 dili təqdim edir.

7. Benqal dili- Başlıca olaraq ünsiyyət üçün istifadə edən ölkə Banqladeşdir. Eyni zamanda Banqladeş dünyanin ən sıx məskunlaşılmış ölkəsidir (143 min km2 ərazidə 153 mln insan yaşayır). Ölkə 12-18-ci yüzilliklərdə müsəlmanlar tərəfindən, daha sonra isə, 1905-ci ilə qədər isə, İngilislər tərəfindən idarə edilmişdir. 1905-ci ildən sonra Pakistana birləşən ölkə, 1969-cu ildə ayrılmış və 1971-ci ildə müstəqilliyini elan etmişdir. Ölkənin paytaxtı Dəkkədir. Əhalisi 150 milyondan çox olan bu ölkənin rəsmi dilindən istifadə edən insan 210 milyondur.

6.Ərəb dili- Dünyada ərəb dilində danışan Səudiyyə Ərəbistanı, Livan, Küveyt, Suriya, İraq,  Misir və s ölkələr vardır. Eyni zamanda dünyanın 2-ci ən böyük (bu dinə 1 mlrd 720 mln adam sitayiş edir)  dini olan İslamın müqəddəs kitabı olan, Quran-İ Kərimin də bu dildə olması ərəbcə danışan insan sayısını artıran  ən baçlıca amildir. Dünyada 250 milyon insan bu dildə danışır.

5.Rus dili- Rusiyanın həm əhali olaraq 150 milyona yaxın olması, həm də bir zamanlar  SSRİ-yə 15 ölkənənin daxil olması və əsas  dilin rus dili  olması bu dilin daha sürətlə  yayılmasına gətirib çıxarmışdır. Hal-hazırda  275 milyon insan bu dildə danışır.

4.İspan dili – İspan dilinin geniş miqyasda istifadə edilməsinin səbəbi İspanların bir zamanlar Afrika və Amerika qitəsində müstəmləkələrə sahib olmasıdır. Amma, hal-hazırda Amerika qitəsində o qitəyə sonradan gələnlər tərəfindən istifadə edilən İspan dili, İngilis dilindən çox sayda kəlimə almışdır. 390 milyon insan bu dil ünsiyyət dili kimi istifadə edir.

3.Hind dili-Bu dilin geniş miqyasda ünsiyyət dili olaraq istifadə edilməsinin səbəbi isə, Hindistanın əhalisinin sayca ikinci olmasıdır. Xalqın 22 milli dili və 4 milli regional dili olmasa, bu dil dünyanın ən böyük 2-ci dili hesab oluna bilərdi. Hal-hazırda 500 milyon insan bu dildən ünsiyyət kimi istifadə edir.  

2.İngilis dili-İngilis dili dünyada rəsmi olaraq istifadə edilən ikinci dildir. Bu dildə danışan ölkələr, İngiltərə, Avstraliya, Kanada, Amerika, Zimbabve, Kanadadır. İngilis dili qeyri rəsmi olaraq dünyada ən çox danışılan dildir. 510 milyon insan bu dildən ünsiyyət üçün istifadə edir.

1.Mandarin dili-Belə bir dilin olmasından bəlkə də heç xəbəriniz yoxdur və bu məlumat sizi xeyli təəccübləndirdi. Amma, bu dilin Çinin ana dili olduğunu desək yəqin ki, təəccüblənməyəcəksiniz. Yayıldığı ərazi ingilis dilinin yayıldığı ərazidən az olmasına baxmayaraq  Çində əhalinin sayının çox olması onu ən çox istifadə olunan dil kim ilk sıraya daşıyır.  Çünki, Çin dünyada əhalisinin sayına görə ilk sıranı alır. Rəsmi olaraq 1 milyarddan çox insan bu dili ünsiyyət üçün istifadə edir.

İstfadə olunan mənbələr: (wikipedia, bilgibazari.com)

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024