Kateqoriyalar: Maraqlı

iPhone-də olan populyar tətbiq vasitəsilə şəxsi məlumatlar oğurlana bilər



İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislərin sonuncu araşdırmasına əsasən, iOS-da istifadə olunan onlarla tətbiq vasitəsilə hakerlər istifadəçinin icazəsi olmadan telefona daxil ola və məxfi məlumatları oğurlaya bilərlər.

Aranxeber  Ted.az-a istinadən xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Məlumata görə, bu tətbiqlərin siyahısında ən çox yüklənən sosial şəbəkə -TikTok da yer alıb.

Mütəxəssislər qeyd edirlər ki, çox vaxt telefonda saxlanan mətn məlumatları çox da dəyərli olmur: “Amma məxfi istifadəçi məlumatlarına, o cümlədən giriş, parol və müxtəlif maliyyə məlumatlarına gəldikdə vəziyyət çox təhlükəli ola bilər. iOS təhlükəsizlik sistemindəki bu boşluqların potensial təhdidlərini diqqətlə araşdırdıqda görürük ki, bu tətbiqlərdən istifadəçinin fərdi məlumatlarını oğurlamaq üçün deyil, həm də dəqiq yer məlumatlarını müəyyən etmək üçün istifadə edilir”.

“Mövcud boşluqların səbəbi Apple-in tətbiqetmələrə xüsusi məhdudiyyət qoymamasıdır. iOS-da qeydə alınan bu problemlər bir sıra populyar oyunlar, sosial şəbəkə tətbiqləri və xəbər tətbiqlərində də qeydə alınıb”, – deyə mütəxəssislər əlavə ediblər.

Qeyd edək ki, Apple bu boşluqları tezliklə bərpa edəcəyini bildirib.



AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024