Kateqoriyalar: HadisəSağlamlıqSosial

Dünən Azərbaycanda koronavirusa 6 yoluxma faktı qeydə alınıb

Bazar günü Azərbaycanda yeni koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb.

Aranxeber xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah bildirib.

Qərargahın məlumatında xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslərin “özlərini normal hiss etdiyi və səhhətlərinin stabil olduğu” deyilir.

“Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin səhhəti ciddi nəzarət altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir”, – rəsmi məlumatda qeyd olunub.

Qərargah bildirib ki, hazırda Azərbaycanda “18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir”.

İndiyədək 6 nəfər sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahın şənbə gününə olan rəsmi məlumatına əsasən, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 19 nəfər olub, onlardan 6 nəfər sağalıb.

Şənbə günü yayılan məlumata görə, Covid-19-dan müalicə olunan daha üç nəfər sağalaraq evə buraxılıb. Onların hamısı Azərbaycan vətəndaşıdır.
İndiyədək qeydə alınan yoluxma hadisələri barədə müntəzəm xəbər verilsə də, onların ümumi sayı haqqında rəsmi rəqəm elan olunmamışdır.

Bu həftə Azərbaycanda koronavirusla bağlı ilk ölüm hadisəsi qeydə alınıb. Xəstəxanaya yerləşdirilmiş daha bir nəfərin “stabil ağır” vəziyyətdə olduğu bildirilir. Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024