Sabirabadda toxum mağazası açılıb

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu fermerlərin sertifikatlı toxumlara və aqrotexniki qulluq vasitələrinə olan tələbatlarını ödəmək məqsədilə daha bir toxum mağazasını təqdim edib.

Aranxeber Trend-ə istinadən xəbər verir ki, “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mazağa Sabirabadda açılıb. Açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyinin rəsmiləri, Sabirabad, Saatlı, İmişli, Ucar, Kürdəmir rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) rəsmiləri, Respublika Süni Mayalanma Mərkəzi, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

“ToxumArt” mağazasında Dövlət Toxum Fondunun idxal etdiyi sertifikatlı, məhsuldar, yüksək reproduksiyalı buğda, arpa, kartof və xaşa toxumları mövcuddur. Mağazada Respublika Süni Mayalandırma Mərkəzinin istehsal etdiyi yerli və xarici buğa toxumlarının satışı həyata keçirilir. Süni mayalandırma mütəxəssisləri toxumlarla yanaşı, süni mayalandırmada istifadə olunan digər zəruri ləvazimatları əldə edə biləcəklər. Həmçinin süni mayalandırma üsulunun tətbiqi üçün nəzərdə tutulan yüksək keyfiyyətli ətlik və südlük buğa toxumlarının satışı “ToxumArt” mağazaları vasitəsilə daha da əlçatan olacaq.

Fermerlərə yerli tərəvəz toxumlarının təqdim edilməsinin əsas məqsədi ölkə fermerlərini mövcud bazar qiymətlərindən aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli, məhsuldar toxumlarla təmin etməkdir. “ToxumArt” mağazaları fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar təqdim edir.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024