Zərdabda bıçaqlanma hadisəsi baş verib.
Aranxeber Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şahhüseynli kəndində keçirilən toy mərasimində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Əqdəm Abdulməcid oğlu Babayev şəxsi münasibətlər zəminində həmkəndliləri – Rəşad Qara oğlu Qarayevə və Şəmsi Böyükəli oğlu Qarazadəyə üzərində gəzdirdiyi bıçaqla ağır xəsarətlər yetirib. Hər iki yaralı Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. Lakin zərərçəkənlərin vəziyyətləri ağır olduğundan onlar Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Ə.Babayev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…