Afrikadan İraqa gələn və sayları 400 milyarda çatan çəyirtkə dəstəsi Türkiyə sərhədlərinə yaxınlaşır.
Aranxeber baku.ws-ə istinadən xəbər verir ki, hazırda çöl çəyirtkələri gündə 150 km məsafə qət edir.
Bir kvadrat kilometr ərazidə olan 40-80 milyon çəyitkənin gün ərzində 35 min insana yetəcək qədər qida mənimsədiyi bildirilir. Türkiyə Kənd Təsərrüfatı Mühəndisləri Palatası çöl çəyirtkələrinin koronavirusdan da təhlükəli olduğunu vurğulayıb.
Ekoloq Telman Zeynalov “redaktor.az”a açıqlamasında çəyirtkələrin Azərbaycan ərazisinə də hücumunun mümkün olduğunu qeyd edib:
“Onlar üçün sərhəd qoyulmayıb. Hara gəldi keçə bilərlər. İndi hər yer quraqlıqdır, ona görə çöl çəyirtkələri də yem axtarırlar. Azərbaycandan da keçə bilərlər. Amma heç bir qorxusu yoxdur”.
Çəyirtkə hücumunun koronavirusdan daha təhlükəli olması fikrinə də münasibət bildirən ekoloq bildirib ki, deyilən hər sözə inanmaq lazım deyil:
“Kim nə deyirsə, hər sözə qulaq asmayın! Koronavirus bütün dünyanın iqtisadiyyatını çökdürə bilər. Çəyirtkə isə bir sezonluq gəlib, məhsulu yeyib, gedəcək.
Qiymətlər qalxa bilər. Əgər çəyirtkələr kənd təsərrüfatı ərazilərinə hücum etsə, çörəyin qiyməti bahalaşacaq. Onlar əsasən taxılı məhv edirlər. Bu isə uzunmüddətli davam edə bilməz, çünki əldə etdikləri qidanı yedikdən sonra, çöl çəyirtkələri özlərinə başqa məkanlar axtarmağa başlayır”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…