Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.
Aranxeber xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, ümumtəhsil məktəbində tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Qərar 2020-ci ilin sentyabrın 15-dən qüvvəyə minir.
Qeyd edək ki, bundan əvvəl yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilərdi. Yeni qərarla Təhsil Nazirliyinin bu səlahiyyəti ləğv edilib.
Qeyd edək ki, dəyişiklikdən əvvəl ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatırdı. Dərs ili iki yarımilə bölünürdü:
– birinci yarımil – 15 sentyabr – 26 yanvar;
– ikinci yarımil – 1 fevral – 14 iyun.
– Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilirdi:
– 5 gün payız tətili (16-20 noyabr);
– 5 gün qış tətili (27-31 yanvar).
– İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilirdi.
– Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.
– Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə bölünürdü:
– I yarım il: 1 oktyabr – 26 yanvar;
– II yarım il: 1 fevral – 31 may.
– Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunurdu:
– 5 gün payız tətili (16-20 noyabr);
– 5 gün qış tətili (27-31 yanvar);
– 5 gün əlavə tətil (1-5 may).
Bu müddəalar “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndən çıxarılıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…