Ağcabədi rayonunda intihar hadisəsi baş verib.
Aranxeber “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb. Rayon sakini, 27 yaşlı qadın Günay Quliyeva özünü yaşadığı evdən asaraq intihar edib.
Qeyd edək ki, G.Quliyeva 4 uşaq anasıdır. Onun ən kiçik övladı 7 ay əvvəl dünyaya gəlib. G.Quliyevanın yaxınlarının sözlərinə görə, Günayın ailəsində tez-tez ailə daxili münaqişələr olub. Qadın intihardan əvvəl ata evində olub. Evinə qayıdan qadın özünü asaraq öldürüb. İntihar edən gənc qadının başında və bədənində xəsarətlər də olub. Ailə üzvləri G.Quliyevanın həyat yoldaşı tərəfindən öldürüldüyünü iddia edir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…