Kateqoriyalar: BaşÖlkəSosial

Onlara Milli Məclisdə vəzifə verilməyib – Siyahı

VI çağırış Milli Məclisin rəhbərliyində bir sıra dəyişikliklər olub.

Aranxeber “Report”a istinadən xəbər verir ki, keçmiş Sədr Oqtay  Əsədov deputat seçilsə də, bu gündən etibarən parlamentin spiker vəzifəsini icra etməyəcək (Spikerlik kürsüsündə artıq Sahibə Qafarova əyləşəcək).

Eyni zamanda Ziyafət  Əsgərov Milli Məclis sədrinin I müavini postunu itirib. O yalnız parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri vəzifəsində qalacaq.

Bahar  Muradova həm sədrin müavini, həm də İnsan hüquqları komitəsinin sədri vəzifəsini itirib.

Valeh  Ələsgərov da sədr müavini və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri olaraq builki siyahıda yer almayıb. Hər iki şəxs deputatlığa namizədlər siyahısında da yer almamışdı (Spikerin I müavini Əli  Hüseynli, müavinlər isə Adil  Əliyev və Fəzail İbrahimlidir)

Bundan başqa, Ziyad  Səmədzadə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə sədrlik edə bilməyəcək, yalnız deputat kimi fəaliyyətini davam edtirəcək. Bu sözlər Aqiyə  Naxçıvanlı, Ülvi  Quliyev, İsa  Həbibbəyli və Rafael Hüseynova da aiddir.

Eldar  İbrahimov da Aqrar siyasət komitəsinə sədrlik vəzifəsini itirib.

Hadi Rəcəbli və Arif  Rəhimzadə isə ümumiyyətlə deputat seçilməyiblər

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024