Kateqoriyalar: Ölkə

Lider TV-nin yayımı niyə dayandı?

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Lider TV-nin yayımının dayandırılmasının səbəbini açıqlayıb.

Aranxeber APA-ya istinadən xəbər verir ki, N. Məhərrəmli açıqlamasında bildirib ki, telekanalın yayımının dayandırılması barədə MTRŞ tərəfindən hər hansı qərar qəbul edilməyib.

“Bu Lider TV və Teleradio İstehsalat Birliyi arasında olan texniki bir məsələdir. Tərəflər bu məsələni öz aralarında həll edəcəklər. Telekanalın maliyyə borcu var. Qanunvericiliyə görə, telekanal 30 gün müddətində ard-arda, yaxud da il ərzində fasilələrlə 60 gün müddətində yayımlanmasa Şura tərəfindən onun yayımının dayandırılması məsələsinə baxıla bilər. Belə olan zaman biz telekanalın yayımını dayandıra bilərik. Bu, texniki məsələdir. Texniki məsələ olduğuna görə telekanalın yayımı Teleradio İstehsalat Birliyi tərəfindən dayandırılıb. Bizim tərəfimizdən kanalın yayımının dayandırılması barədə qərar verilməyib. Məsələ həllini tapacaq”, – deyə MTRŞ sədri vurğulayıb.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024