Bu gün səhər saatlarında Lerikin Çayrud kəndində uçan evin üzərinə dağdakı qayalıqlar və böyük torpaq kütləsi düşüb.
Aranxeber Trend-ə istinadən xəbər verir ki, bunu Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov deyib.
Onun sözlərinə görə, dağın yamacında 2014-cü ildə inşa edilən iki mərtəbəli evdə yaşayan 4 ailə üzvü dağılmış evin qalıqları altında qalıb:
“Evin ikinci mərtəbəsi tamamilə dağılıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib. Qalan 3 nəfəri xilas etmişik. Həmin şəxslər kiçik xəsarətlər alıblar, müayinə edilib evə buraxılıblar”.
H.Məlikov uçan evin sürüşmə ərazisində tikilmədiyini də söyləyib:
“İndiyədək bu kənddə belə hal qeydə alınmayıb. Uçan evin yaxınlığında 1950-60-cı illərdə tikilən evlər də var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, nazirliyin mütəxəssisləri araşdırma və monitorinq aparmaq üçün rayona ezam olunublar.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…