Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Aranxeber “Report”a istinadən xəbər verir ki, hadisə Agsu-Kürdəmir-İmişli yolunun 44-cü km-də, rayonun Sor-sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Asif Təvəkkül oğlu Qəniyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 1994-cü il təvəllüdlü Xəqani Akif oğlu Adıgözəlovun sükanı arxasında olduğu “VAZ-2107” markalı avtomobil toqquşub.
Nəticədə X.Adıgözəlov və onun sərnişinləri, 2001-ci il təvəllüdlü Səfurə Kamran qızı Əmirova və 1994-cü il təvəllüdlü Gülyanaq Kərbəla qızı Səlimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…