Kateqoriyalar: SağlamlıqSosial

Koronavirus təqdim edildiyi kimi təhlükəli xəstəlik deyil – Baş infeksionist

Azərbaycanda xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşmış laboratoriyalarda həyata keçirilən diaqnostik metodlar, koronavirusun təyini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.

Aranxeber xəbər verir ki, bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayev qeyd edib ki, stasionar, səyyar və mobil tipli olan bu laboratoriyalar dövlət tərəfindən qurulub və hazırda tam gücü ilə işləyir.

O, Azərbaycan dövlətinin xüsusi təhlükəli xəstəliklərin idarəedilməsinə ciddi qaydada nəzarət etdiyini nəzərə çatdırıb.

C.İsayev bu laboratoriyalarda koronavirus(COVİD-19) infeksiyasının yüksək həssaslıqla PZR metodu ilə təyininin qısa zaman ərzində həyata keçirildiyini xatırladıb.

Mütəxəssis Azərbaycanda koronavirusun təyini üçün kifayət qədər testlərin olduğunu, bu sahədə heç bir çətinliyin müşahidə edilmədiyini nəzərə çatdırıb.

Baş infeksionist Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün kifayət qədər səmərəli işlərin görüldüyünü vurğulayıb:

“Nazirlər Kabineti yanında operativ qərargah hava limanlarında, sərhəd nəzarət-buraxılış məntəqələrində yoluxmuş şəxslərin müəyyənləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir, eyni zamanda martın 9-dək məktəblərdə tədris dayandırılıb”.

Sosial şəbəkələrdə bir çox hallarda koronavirusla bağlı şişirdilmiş məlumatların yazıldığını vurğulayan C.İsayev insanları onlara inanmağa çağırıb.

Baş infeksionist koronavirusun təqdim edildiyi kimi təhlükəli xəstəlik olmadığını əlavə edib:

“Koronavirusa yoluxma zamanı ölüm halları qriplə müqayisədə azdır. İnsanların çoxu bu xəstəliyi yüngül keçirir. Elementar gigiyenaya əməl etməklə koronavirusdan qorunmaq olar”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024