İranla sərhədərdə keçidin məhdudlaşdırma vaxtının uzadılıb-uzadılmayacağı barədə indi fikir söyləmək mümkün deyil.
Aranxeber xəbər verir ki, bunu koronavirusla əlqədar keçirilən brifinqdə Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, karantində saxlanılanlar əsasən, İrandan gələn insanlardır:
“Karantində saxlanılan 500-dək insanlar əsasən, cənub sərhədlərini keçən insanlardır. Onlar mütləq müayinə olunurlar. Tibb personalının qorunması bizim əsas vəzifəmizdir. Ehtiyac olan hər şey alınır”.
Y.Qarayeva əlavə edib ki, Bakıda karantində saxlanılan şəxslər yoxdur. Hazırda əsas karantin xəstəxanaları Astara, Cəlilabad və Qobustan xəstəxanalarıdır. Digər xəstəxanalar dəstəkverici müəssisələrdir.
Qərargah üzvü bildirib ki, koronavirusun müəyyən edilməsi üçün testlər bu yaxınlarda Azərbaycana gətirilib:
“Bunun gətirilməsi mütəmadi olaraq davam edəcək və testlərlə təminat sahəsində heç bir çətinlik olmayacaq”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…